Lənkəranda bu xanıma qızıl hədiyyə etdilər

Lənkəranda bu xanıma qızıl hədiyyə etdilər
2665 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak bu gün Lənkəran bazarına baş çəkib. 

Axşam.az-ın 12cioyunçu.info saytına istinadən yaydığı xəbərə görə, uelsli çalışdırıcı bir əcnəbi xanımla bazarı gəzərkən orda çalışanların dəvətini qəbul edərək, çayxanaların birində əsl Lənkəran çayından dadıb.

Ətrafa toplaşan azarkeşlərin “Bakı” ilə keçiriləcək kubok oyunla bağlı suallarına xanım əl işarəsi ilə hesabın “3:0” olacağını bildirib.

Daha sonra gəzintisini davam edərkən mağazaların birində Toşakın yanındakı xanıma qızıl əşya hədiyyə edilib. Bu hədiyyə qızıl sancaqdan asılmış göz muncuğu olub.