Təranə Qumral Musa Musayevi bağışlamayıb.
Axşam.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hal-hazırda "Günə Baxan" verilişinin qonağı olan qalmaqallı cütlük aparıcı İlqar Mikayıloğlunun suallarını cavablandırarkən belə deyib.
Təranə Musanı bağışlamaq üçün zamana ehtiyacı olduğunu bildirib: "Bəli, biz barışmışıq, amma bu o demək deyil ki, mən onu bağışlamışam. Musanı bağışlamaq üçün zamana ehtiyacım var."
Baş verənlərdə hövsələsizliyini və qardaşlarını günahlandıran Musa Musayev də öz növbəsində Təranədən üzr istədiyini dedi:
"Mən Təranədən yenə də üzr istədim. Məni bağışlamasa da qəlbimdə təkcə odur".