Ötən gün “Park Cinema”da 31 May - Beynəlxalq tütün əleyhinə mübarizə günündə keçiriləcək “No Smoking” Film Festivalı ilə bağlı tədbir təşkil olunub.
Axşam.az-ın məlumatına görə, tədbirə qatılan xalq artisti Brilliant Dadaşova və müğənni Eldar Qasımov siqaretin ziyanından bəhs ediblər.
“Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək festivalın video çarxı da təqdim olunub.
Reklam rolikində siqaretdən istifadə etməyən məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Səbinə Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Elnur Məmmədov, Hüsniyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Elza Seyidcahan və başqaları çəkilib.
Foto: Rəşad Abbasov