Azərbaycanlı müğənni "yol terrroru"na qarşı (Fotolar)

Azərbaycanlı müğənni "yol terrroru"na qarşı (Fotolar)
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın beynəlxalq sosial şəbəkəsi "ButaLife.com" istedadlı gənc müğənni Günay İbrahimli ilə maraqlı sosial layihəyə imza atıb.

Axşam.az-a "ButaLife.com"dan verilən məlumata görə,  "Təhlükəsiz Yol" adlanan sosial layihənin məqsədi sürücülərin və piyadaların diqqətini mövcud problemə cəlb etmək olub.

"Son vaxtlar yol-hərəkəti qaydalarının pozulması nəticəsində çoxsaylı qəzalar baş verir, ölüm və xəsarət halları qeydə alınır. Əgər sürücülər və piyadalar yol hərəkəti qaydalarına daha həssas yanaşsalar, bu faciələrin çoxundan qaçmaq olar"- deyə sosial şəbəkənin yaydığı məlumatda bildirilir.

"ButaLife.com" şəbəkəsi problemi ictimailəşdirmək üçün üçün müğənni Günay İbrahimlinin iştirakı ilə paytaxtın müxtəlif küçə və prospektlərində hərəkətin gur vaxtlarında fotosessiya təşkil edib.