Orxan Gəncəbay adaşını Türkiyəyə çağırdı

Orxan Gəncəbay adaşını Türkiyəyə çağırdı
1419 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Orxan Babazadə Türkiyənin məşhur səs yarışması “Popstar Alaturka”da qonaq kimi çıxış edəcək.

O, Axşam.az saytına açıqlamasında təklifin türkiyəli müğənni Orxan Gəncəbaydan gəldiyini deyib:

“Orxan Gəncəbayla tez-tez telefon əlaqəsi saxlayıram. Doğrudan da çox təvazökar və gənclərə əl tutan sənətkardır. “Popstar Alaturka” yarışmasının səhnəsində qonaq kimi 2 mahnı oxuyacağam. Biri Azərbaycan mahnısı, digəri isə Orxan Gəncəbayın bəstəsi “Mövsüm bahar olunca”dır. Bəstə hazırda Türkiyədə studiyada aranjimandadır”.

İstanbul səfəri zamanı Türkiyənin məşhur müğənnisi Zinet Sali, bəstəkar Toyqar İşıqlı və “Möhtəşəm Yüzilin” yaradıcı kollektivi ilə də görüşən Orxan özünü aktyor kimi serialların birində sınamaq sevdasına düşüb:
“Deyirlər ki, səndə aktyorluq potensialı daha güclüdür. “Möhtəşəm Yüzil”ın Bəhram Paşa rolunu canlandıran aktyoru Adnan Koç hətta məni bu seriala uyğun gördü. Düzdür, hələ bu barədə təklifi almamışam. Amma çalışacağam serialların birində rol alım”.