Braziliya çimərliklərində paparatsilərin obyektivinə tuş gələn qalmaqallı aktrisa Lindsi Lohanın yenə diqqət mərkəzində olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı aktrisanın bədəninin müxtəlif yerlərində qara ləkələr görülüb.
Lohan jurnalistlərin ona bədənindəki qəribə izlərlə bağlı ünvanladığı sualları cavabsız qoyub.
Aktrisa yalnız onu qeyd edib ki, may ayının 2-dən xüsusi reabilitasiya mərkəzində 90 gün müalicə alacaq və bu səbəbdən istirahətinin son günlərini yaxşı keçirmək istəyir.
Xatırladaq ki, Lindsi Lohan narkotik asılılığından əziyyət çəkir.