Bu gün müğənni Sevda Yahyayeva “Dinlə” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, sözləri və musiqisi Rəşad Bağırova aid olan mahnının ekran işi “Temp production” tərəfindən ekranlaşdırılıb.
“Narkotikə yox!” şüarı altında çəkilən klipdə Sevda narkotik maddədən istifadə edən ana obrazını canlandırıb.
Sənətçi sosial layihə çərçivəsində çəkdirdiyi klip vasitəsilə gəncləri narkotik aludəçiliyindən uzaq olmağa çağırıb.