Dünən keçirilən “Best Model Turkiyə Uşaq” yarışmasının münsif heyəti sırasında azərbaycanlı model Günay Musayeva və oğlu Cahangir Can da yer alıb.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir davam edən müsabiqənin finalı Dünya Uşaqlar günündə gerçəkləşdirilib. Türkiyənin dörd bir yerindən uşaqların qatıldığı müsabiqədə Günay çətin anlarla üzləşdiyini deyib:
“Uşaqların hamısı bir-birindən gözəldir. Onlar arasında seçim etmək çox çətindir. Heç birinin xətrinə dəymək istəmirəm. Düzgün seçim etməyə çalışdım. Bu gün oğlum Cahangir də mənə kömək etdi”.