Nərgiz Paşayevanın qızı avtobusa minməyindən danışdı – Fotolar

Nərgiz Paşayevanın qızı avtobusa minməyindən danışdı –  Fotolar
5671 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nargis” jurnalının baş redaktoru, professor Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova Facebookda müzakirələrə səbəb olan fotolarından danışıb.

“Qafqazinfo”nun jurnalın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ülviyyə Rəhmanova bildirib ki, dedi-qodular qaçılmazdır və hər kəs bu cür söhbətlərə hazır olmalıdır: “Özüm haqda dedi-qodular eşidəndə nə hiss elədiyimi demək çətindir. Ehtimal ki, daha çox heç nə. Amma yaxınlarım istisnadır. Şayiələr qaçılmazdır. Buna hazır olmaq lazımdır - əgər sən nəsə iş görürsənsə, demək ki, sənin haqqında danışacaqlar”.

O, həmçinin bir neçə gün əvvəl “Facebook”da paylaşdığı və geniş müzakirələrə səbəb olan ictimai nəqliyyatdakı fotosuna da aydınlıq gətirib:

“Mənim ictimai nəqliyyatdan istifadə etməyimin bu qədər müzakirələrə səbəb olacağını güman edə bilməzdim. Həqiqətən də, mən o vaxt bu haqda heç düşünməmişəm. Mən xaricdə böyümüşəm. Ordakıların çoxu metrodan istifadə edir. Mən ümumiyyətlə piyada gəzməyi xoşlayıram. Əgər hava yaxşıdırsa, tez-tez gəzirəm.

Rəfiqəmlə bulvara gedirdik və yarı yolda anladıq ki, çox yorulmuşuq. Dayanacaqların yanından keçirdik. Ekranda yazılmışdı ki, iki dəqiqədən sonra 38 nömrəli avtobus gələcək. Mən yaxınlıqda dayanmış oğlandan soruşdum ki, avtobus bulvara gedir? O da təsdiqlədi. Və nəqliyyat yaxınlaşanda, biz ona mindik.

Mən heç düşünməmişdim ki, məni tanıyacaqlar ya yox. Sonra danışmağa başladılar ki, bütün bunların hamısı piar – aksiyadır. Qəribədir, mən bu qədər marağa səbəb olacağımı güman etməzdim. Avtobusda şəkil çəkdirib “Facebook”a yerləşdirdim. Gün ərzində mən onlarla şəkil yerləşdirirəm, amma onlara heç kim belə reaksiya vermir. Bu vaxta qədər mən az şey etməmişəm, məsələn, jurnal buraxmışam. Və heç kim bunu vurğulamayıb. Mənim avtobusda getməyim isə rezonans doğurub. Xəbərlərin başlıqları və cümlələr absurd idi. Hardasa belə yazılmışdı: “Ülviyyə Rəhmanovanın Bakı tətili”, - “bəlkə də o, özünü xalqa yaxın hiss etmək istəyirdi”... Bəli, mənim tək istədiyim bulvara çatmaq idi. Hər şey belə sadə idi, amma heç kim bunu güman edə bilmədi”.