Oksananın Hindistan təəssüratları

Oksananın Hindistan təəssüratları
2453 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistandan yenicə qayıdan rəqqasə Oksana Rəsulova bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, o, səfərinin təəssüratlarını jurnalistlərlə bölüşüb.

Oksana təhsil aldığı “Anupam Ker rəqs məktəbi”ndə diplomla təltif edildiyini bildirib.

Hindistanda olduğu dörd ay ərzində haqqında yazılan xəbərlər üçün media nümayəndələrinə minnətdarlığını bildirən rəqqasə gələn ay yenidən oraya qayıdacaq. Budəfəki səfərin məqsədi isə Oksananın hind filminə dəvət almasıdır.

Həmyerlimiz Bollivudda “Marsa gediş” adlı filmdə baş rolu ifa edəcək. Filmin rejissoru Pritiş Çakrobartidir.
Qeyd edək ki, Oksana bu gün pərəstişkarları ilə də görüşüb.