“Milan”ın hücumçusu Mario Balotelli növbəti qalmaqallı açıqlama verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Borussiya” cütlüyü haqda danışarkən əmin olduğunu bildirib ki, Madrid klubu finala çıxmayacaq.
“Əgər “Real” finala çıxsa, sevgilimə bu komandanın bütün futbolçuları ilə yatmağa icazə verəcəyəm” – deyə o qeyd edib.
Xatırladaq ki, “Real” ilk matçda “Borussiya”ya 1:4 hesabı ilə uduzub.