Orxan Pamuk sevgilisinin bu fotolarına əsəbiləşəcək

Orxan Pamuk sevgilisinin bu fotolarına əsəbiləşəcək
2534 dəfə oxunub
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Orxan Pamukla yaşadığı eşqlə gündəmə gələn rəssam Karolin Fişekçi “Esquire” dərgisi üçün fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, Karolin özü haqda maraqlı açıqlamalar verib:

“Çox üzüyola və rahat qadınam. İstəklərim fərqli, xasiyyətim tezdəyişəndir. 2010-cu ildə keçirdiyim sərgi mediada böyük maraqla qarşılandı. Ondan sonra daha məşhurlaşdım. Populyar olduqdan sonra rəsimlərim anlaşılmayacaq bir duruma düşüb. İnsanların mənə qarşı  birmənalı fikirləri işlərimə də təsir edirdi. Amma son vaxtlar əhəmiyyət vermirəm, zamanla hər şeyin yoluna düşəcəyinə inanıram”.

Karolin bildirib ki, özünü “Əldə edilməsi çətin, amma yaşanılması zövqlü bir qadın” hesab edir.