Dünən müğənni Nadir Qafarzadə ailə həyatı qurmasının 20 illiyini təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, sənətçinin məclisinə xalq artisti İlhamə Quliyeva və “ATV” telekanalının aparıcısı Nanə Ağamalıyeva da qatılıb.
Nadir ildönümlərində həyat yoldaşı Sevinc xanıma xüsusi hədiyyə almadığını bildirib:
“Mən hər gün həyat yoldaşıma hədiyyə bağışlayıram. Bunun üçün xüsusi günlərə ehtiyacım yoxdur. Birdəki mən özüm 20 ildir onun hədiyyəsiyəm”.
Foto: Rəşad ABBASOV