Ötən il “Eurovision” müsabiqəsində ölkəmizi təmsil edən müğənni Səbinə Babayeva uzun müddətdir ki, Avropa səyahətinə çıxıb.
Axşam.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, müğənninin səfəri tək istirahət yox, həm də işlə bağlıdır. Yeni layihəsi ilə bağlı müğənni hələ ki, açıqlama vermir.
Qeyd edək ki, Səbinə İsveçrə, Almaniya və İtaliyada klub konsertləri verib.
Səfər zamanı həyat yoldaşı Cavidan müğənnini tək qoymayıb. Onlar may ayının sonunda vətənə qayıtmağı planlaşdırırlar.