Dünyaca məşhur müğənni, aktrisa Viktoriya Bekhem uzun saçları ilə vidalaşıb.
Axşam.az-ın məlumatına görə, Bekhem qısa saçları ilə çəkdirdiyi yeni fotosunu “Twitter” sosial şəbəkəsində paylaşıb.
“Saçlarımı çox sevirəm” sözlərini yazan Viktoriya yeni imicini bəyəndiyini bildirib.
Qeyd edək ki, stil ikonası sonuncu dəfə “Spice girls” qrupunda oxuduğu vaxtlarda qısa saçda olub. O, illərdir uzun saçları ilə dolaşır.