Ötən gün Moskvadan Türkiyəyə səfər edən müğənni Rəqsanə hələ ki, orada planlaşdırdığı sənət işlərinə fasilələrlə davam edəcək.
Axşam.az-ın məlumatına görə, sənətçinin səhhətində yaranan problem onu bu qərarı verməyə vadar edib. Təfərrüatı ilə danışmaq istəməyən R.İsmayılova bugünlərdə ağır əməliyyat keçirəcək. Bu, onun nəzərdə tutduğu plastik əməliyyat deyil.
“Ancaq bunu deyə bilərəm ki, ağır əməliyyat keçirəcəm. Bunun ardınca anam əməliyyat olunmalıdır. İnşallah sağ-salamat ayağa duraq, Türkiyədə planlaşdırılan və son səfərimdə yarıda qoyduğum sənət işlərimi tamamlayacam. Albom hazırlıqları bitəcək və bunun ardınca klip çəkilişi başlayacaq” – deyən Rəqsanə xanım qızı Aysunu da özü ilə aparacaq:
“Qızım əməliyyat zamanı yanımda olmaq istədi. Həm də planlaşdırdıq ki, Aysunun moda sərgisi üçün nəzərdə tutulan parçaları alaq. Eyni zamanda o, bir çox tanınmış modaçılarla görüşəcək. Görüş üçün danışıqlar aparılıb. Fotolarda gördüyünüz xanım Aysuna Moskvada dizayn dərsləri keçir. Onun da qızımın yanında olması vacibdir”.