Bu il İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision” müsabiqəsində Finlandiyanı təmsil edəcək Krista Siegfrid hər kəsi heyrətə salacaq qərara gəlib.
Axşam.az-ın məlumatına görə, o, ölkəsinin həmcins evliliyə icazə verməməsinə səhnədə qadınla öpüşərək etiraz edəcək.
27 yaşındakı müğənni Amsterdamdakı hazırlıq konsertində “Marry me” mahnısını ifa edərkən vokalist qadınla səhnədə öpüşməyə başlayıb.
Krista jurnalistlərə açıqlamasında final gecəsində də eyni addımı atacağını deyib:
“Bu hərəkətim bəzi insanları əsəbiləşdirə bilər. Amma bunu etməyi planlaşdırıram. Müsabiqə canlı olduğu üçün kimsə mənə mane ola bilməyəcək”.
Xatırladaq ki, “Eurovision”un finalı mayın 18-də baş tutacaq.