İstanbulda keçirilən "Mercedes-Benz Fashion Week"in dördüncü gününə aktrisa Vilma Elles damğa vurub.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, “Rashid by Raşit Bağzıbağlı” markasının 2015-16 kolleksiyasını izləyənlər arasında aktrisa Tuba Büyüküstün də olub. Müğənni Nil Karaibrahimgil isə peşəkar modellərlə birgə podiumda yeriyib.
Daha sonra "Red Beard" markasının dəfiləsində aktrisa V.Elles səhnəyə çıxıb. Sevgilisi Kərəm Göğüsdən hamilə olan alman aktrisa göbəyi açıq geyimdə podiumda poz verib.