Sevinc Novruzu İzmirdə keçirdi - fotolar

Sevinc Novruzu İzmirdə keçirdi -  fotolar
18089 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva Novruz bayramı ərəfəsində İzmirdə konsert verib.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən sənətçi 700 insan qarşısında çıxış edib:

"Novruz bayramı ərəfəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İzmirdə konsert keçirilib. Mərasimdə Azərbaycandan yeganə ifaçı mən idim. Oradakı həmvətənlərimiz və yerli insanlar üçün mahnılar səsləndirdim, Novruz ənənələri ilə bağlı məlumat verdim. İlk dəfə idi İzmirə gedirdim. Şəhərə, Egey dənizinə heyran qaldım. Bayram günü ailəmdən uzaq olsam da, gözəl insanların əhatəsində idim. İzmirin sayılıb-seçilən insanları ilə tanış oldum. Hətta daha bir konsert üçün dəvət aldım".