Müğənni Elton Hüseynəliyev bu dəfə kamera qarşısına anası ilə keçib.
Axşam.az-ın məlumatına görə, ABŞ-ın ölkəmizdəki səfirliyində keçirilən Novruz şənliyinə anası ilə qatılan ifaçı "Onlar"a açıqlamasında onun yanında əhvalının yaxşı olduğunu deyib:
"Anamın bayramın təbrik etdim. Tədbirə gəlirdim, dedim sən də mənimlə gedək. Anam yanımda olanda əhvalım yüksəlir".
E.Hüseynəliyev müğənni Günay İbrahimli ilə duet hazırlayacaqlarından da xəbər verib. İngilis dilində olacaq mahnını sənətçilər mayda baş tutacaq bir tədbirdə təqdim edəcəklər.