Hər kəs ona bənzəməyə çalışır

Hər kəs ona bənzəməyə çalışır
1627 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada xarici görünüşündən narazı olan xanımlar arasında araşdırma aparılıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, son illər ən çox müraciət edilən plastik əməliyyat qolların incəldilməsidir.

Amerikada hər kəs əllərini plastik prosedur vasitəsilə ABŞ prezidentinin həyat yoldaşı Mişel Obamaya bənzətməyə çalışır.

Hər zaman məşhur simalara bənzəməyə can atan xanımlar son bir ildə brahioplastikaya (qol əməliyyatı) müraciət edirlər. Plastik cərrahlar müraciət edən hər bir qadının “Qollarım Mişel Obamanınkı kimi incə görünsün, ona bənzəsin” dediyini söyləyib.

Araşdırmalar sübut edib ki, bu il qol əməliyyatı etdirən qadınların sayı əvvəlkilərə nisbətən 31 faiz artıb.