Fatimə Nadirin “Maral”ını əlindən aldı (Foto)

Fatimə Nadirin “Maral”ını əlindən aldı (Foto)
2077 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva Kürdəmir şəhərində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirində çıxış edib.

Bununla bağlı öz təəssüratlarını Axşam.az-la bölüşən rəqqasə bildirib ki, o artıq illərdir dövlət tədbirlərində sevə-sevə iştirak edir:

“Müsahibələrimdə hər zamandemişəm ki, Ümumimilli liderimizin şərəfinə təşkil olunan dövlət tədbirlərində canla-başla iştirak etməyə hazıram. Çünki bu bizim sənətçi olmaqla yanaşı, vətəndaşlıq borcumuzdur. Elə bununla bağlı respublikamızın bir çox regionlarında təşkil olunan tədbirlərə qatıldım. Dünən isə Kürdəmir şəhərində çıxış etdim. Ondan öncə isə paytaxtımızda təşkil olunan bir neçə tədbirə də qatıldım. Konsert üçün Nadir Qafarzadənin “Maral” adlı mahnısına xüsusi rəqs hazırlamışdım. Rəqsin quruluşuna görə isə peşəkar pedaqoq İlham Kərimliyə təşəkkürümü bildirirəm. Bir neçə yeni rəqslər üzərində də çalışıram. Onları isə yaxın müddətdə təqdim etməyi düşünürəm”.