“Şeron”nun üzvlərindən olan gənc ifaçı Sənan Əliyev 7 ildən sonra qrupdan ayrılıb.
Bu barədə Axşam.az saytına açıqlamasında müğənninin özü məlumat verib.
O bildirib ki, bundan sonra fəaliyyətini solo ifaçı kimi davam etdirmək qərarına gəlib:
“Solo ifadan qorxmuram. Çünki sənətə başlayan ilk vaxtlarda tək oxumuşam. Qrupun digər üzvlərinə uğurlar arzulayıram”.
Sənan “Şeron”dan ayrılmasının səbəbləri haqda isə bunları deyib:
“Hər halda səbəbsiz heç nə olmur. Amma bu haqda danışmaq istəmirəm. Qrup üzvləri ilə sadəcə salam-sağol var, başqa münasibətimiz yoxdur”.
Qeyd edək ki, Ülvi Cəfərov və Məlikməmməd Hacıyevdən ibarət olan qrup özünə yeni üzv tapıb.
Zəhra Əhmədova