Dünən bütün dünyada Analar günü kimi qeyd edilib.
Axşam.az-ın məlumatına görə, anaların şərəfinə keçirilən bu bayram hər ilin mayın ikinci bazar günü keçirilir.
Ötən gün bayramı qeyd edənlər arasında yerli və xarici məşhurlar da olub.
Hazırda Türkiyədə olan müğənni Rəqsanə bayram günü münasibətilə qızı Aysundan hədiyyə alıb. Sənətçi övladının ona bağışladığı gül dəstəsi ilə fotolarını sosial şəbəkədə paylaşıb.
Bayramı ailəsi ilə birlikdə keçirən digər tanınmış sima isə müğənni İradə İbrahimova olub. O, həyat yoldaşı Ceyhun və qızı İpək ilə gəzintiyə yollanıb.
Aktrisa Aynur Məmmədova da anasına sosial şəbəkə vasitəsilə təbriklərini çatdırıb.
Türkiyəli müğənni Tarkan və Özcan Dəniz də anasını təbrik edərək, onunla birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə sevənləriylə bölüşüb.