“Zamiqlə Səidə Sultan məni təbrik etmədi”

“Zamiqlə Səidə Sultan məni təbrik etmədi”
2671 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Hacı Nazim dünən ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, bəstəkarın yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə əyləncəli anlar yaşanıb.

“Gecə saat on ikini keçəndə məni ilk təbrik edən Abbas Bağırov oldu. Daha sonra Emil Bədəlov, Ənvər Sadıqov, Xatirə, Günay İbrahimli və Elton zəng vurdu. Çox yaddaqalan və gözəl ad günü keçirdim. Həmin gün məni tək qoymayan bütün sənət dostlarıma təşəkkür edirəm” – deyə müğənni bildirib.

Ad günü gecəsində Nazimin gözünü yolda qoyan sənət dostları da olub:

“Zamiqi, Səidə Sultanı və Könül Kərimovanı dəvət etsəm də, gəlmədilər. Heç zəng vurub təbrik də etmədilər. Könül xanım sonradan yadından çıxdığını dedi. Pullu tədbir olsaydı, indi çoxdan iyirmi yerə qeyd etmişdilər”.

Foto: Sina Rassoli