Eldar İsveçə getdi

Eldar İsveçə getdi
1449 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov İsveçin Malmö şəhərinə səfər edib.

APA-nın məlumatına görə, Eldar Qasımov açıqlamasında Azərbaycan təmsilçisi Fərid Məmmədova uğurlar arzuladığını bildirib və ölkəmizin bu yarışmada yenə də öz sözünü deyəcəyinə əmin olduğunu vurğulayıb:

“Azərbaycanın hər il olduğu kimi bu il də yüksək nəticə əldə edəcəyi istisna deyil. Sözsüz ki, hər il Azərbaycan bu yarışmada öz sözünü deməyi bacarıb və bu ildə elə olacaq. Artıq ilk məşqdən təmsilçimiz Fərid Məmmədov diqqətləri cəlb edib və favoritlər arasındadır. Səfərimin məqsədi də məhz ölkəmizə və təmsilçimizə dəstək olmaqdır. Azərbaycan hər il olduğu kimi bu il də qalibiyyətə çox yaxındır. Mayın 16-da Fərid həqiqətən də Azərbaycana layiq şou nümayiş etdirəcək”.