Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın aktyor həyat yoldaşı Tolqa Karel sevgilisi ilə görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bir müddətdir Amerikada olan və İstanbula yeni qayıdan Tolqa “Bu tarz benim” yarışmasıyla tanınan İdil Naz Kaluçla gecə gəzintisinə çıxıb.
Restorana girərkən, əl-ələ tutan cütlük diqqət çəkib. Karel jurnalistlərin orada olduğunu eşidərkən, hadisə yerindən qaçmağa çalışıb.
T.Karelin bu yaxınlarda başının ön hissəsinə tük əkdirdiyi də ortaya çıxıb.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqanın Cahangir adında övladları var. Cütlük ötən ilin noyabrından ayrı evdə yaşasalar da rəsmi boşanma olmayıb.