Üç güləşçimiz bürünc medal qazandı - foto

Üç güləşçimiz bürünc medal qazandı - foto
3567 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, güləş yarışlarının altıncı günündə Heydər Əliyev adına İdman Sarayında 61, 70, 86 və 125 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Belə ki, Hacı Əliyev (61kq) bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi M.R.Aktaşı 10:2 hesabı ilə məğlub edib.

61 kq
1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev 0:7
1/4 final - Hacı Əliyev - Mikola Bolotnyuk (Slovakiya) 10:0
1/2 final - Aleksandr Boqomoev (Rusiya) - Hacı Əliyev 5:2
Bürünc medal görüşü - Munir Recep Aktaş (Türkiyə) - Hacı Əliyev 2:10
____________________________________

Ruslan Dibirhacıyev (70 kq) 3-cü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadzeni 6:2 məğlub edərək bürünc medalı qazanıb.

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Maqomedmurad Qacıyev (Polşa) 2:7
Təsəlliverici görüş - Miroslav Kirov (Bolqarıstan) - Ruslan Dibirhacıyev 1:4
Təsəlliverici görüş - Ruslan Dibirhacıyev - Zsombor Gulyas (Macarıstan) 4:3
Bürünc medal görüşü - Davit Tlaşadze (Gürcüstan) - Ruslan Dibirhacıyev 2:6

Bu Azərbaycanlı idmançıların qazandığı 25-ci medaldır.
____________________________________

125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda Slovakiya təmsilçisi Soslan Qaqloyevlə görüşdə  7:2 hesabı ilə qalib ayrılıb və Avropa Oyunlarının bürünc medalını əldə edib.

Bununla da güləşçilərimizin bu gün qazandıqları medalların sayı 3-ə, ümumilikdə isə 15-ə çatıb.

125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov 0:10
1/8 final - Taha Akgül (Türkiyə) - Cəmaləddin Məhəmmədov 5:2
Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (Polşa) 11:0
Bürünc medal görüşü - Soslan Qaqloev (Slovakiya) - Cəmaləddin Məhəmmədov 2:7

______________________________________

Yığmamızın üzvü Nurmaqomed Hacıyev 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşıb. Bu görüşdə Hacıyev  3:5 hesabı ilə uduzub.