Daha bir qızıl və gümüş medal - fotolar

Daha bir qızıl və gümüş medal - fotolar
4596 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəridə Əzizova və Milad Beiqi Harçeqani finalda rusiyalı taekvondoçularla qarşlaşıb.

Axşam.az-n məlumatına görə, taekvondo yarışlarının üçüncü günü, bu gün axşam Kristal Zalında keçirilən 80 kq çəki dərəcəsində kişilərin və 67 kq çəki dərəcəsində qadınların finalı baş tutub. 

Karyerasının ən böyük yarışına çıxacaq 20 yaşlı Fəridə Əzizova finalda London Olimpiya Oyunlarının bürünc medalçısı rusiyalı Anastasiya Barışnikova ilə qarşılaşıb. Finalda 5:6 hesabı ilə məğlub olan idmançımız gümüş medala layiq görülüb.

80kq çəki dərəcəsində isə azərbaycanlı idmançı Milad Beiqi Harçeqani digər rusiyalı rəqib 2015-ci il Dünya Çempionatının bürünc medalçısı Albert Qaunla qarşılaşıb. O, rəqibini 9:4 məğlub edərək qızıl medalı qazanıb. Bu Azərbaycanın 12-ci qızıl medalıdır.

Final görüşlərini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva izləyib.