Boksçularımız növbəti mərhələdə - yenilənib

Boksçularımız növbəti mərhələdə -  yenilənib
4449 dəfə oxunub
  • A-
  • A
  • A+

"Baku Crystal Hall"da kişilər arasında boks yarışının üçüncü gününə start verilib.

Axşam.az ın məlumatına görə, bu gün rinqə Azərbaycan, Türkiyə, İrlandiya, Ukrayna, Rusiya, Litva, Yunanıstan, Böyük Britaniya, Xorvatiya, İsrail, Belarus, Moldova, Polşa, Ermənistan və Slovakiya idmançıları çıxıb.

Azərbaycanı kişilər arasında 64 kq çəki dərəcəsində təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçlə qarşılaşıb.

Təmsilçimiz hər üç raundda rəqibindən üstün olub - 3:0. O, növbəti mərhələdə moldovalı boksçu Dmitri Qalaqot ilə döyüşəcək.

Görüş iyunun 21-i saat 20:30-da keçiriləcək.

____________________________

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov "Bakı-2015" ilk Avropa Oyunlarına qələbə ilə başlayıb.

Azərbaycan boksçusu onaltıdabir final mərhələsində Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onun növbəti rəqibi Polşa təmsilçisi Jordan Kulinski olacaq.

Teymur Məmmədov ilə yanaşı, türkiyəli Cem Karlıdağ, irlandiyalı Sin Makkom, rusiyalı Konstantin Boqomazov, britaniyalı Luke Makkormak, xorvatiyalı Mateo Komadina, moldovalı Vasili Belous və polşalı Jordan Kulinski də növbəti mərhələyə vəsiqə qazananlar arasındadırlar.