Prezident qızıl medalı idmançımıza təqdim etdi - fotolar

Prezident qızıl medalı idmançımıza təqdim etdi - fotolar
1322 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün taekvondoçumuz Milad Beiqi Harçeqani Azərbaycanın 12-ci qızıl medalını qazanıb.

Axşam.az-ın məlumatına görə, finalı tribunada birinci xanım Mehriban Əliyeva ilə izləyən Prezident İlham Əliyev mükafatlandırma mərasimində də iştirak edib. O, medalları qaliblərə təqdim edib.

Ali kürsüyə qalxan idmançımız üçün Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.