Akrobatlarımız bu gün yarışacaq - yenilənir

Akrobatlarımız bu gün yarışacaq -  yenilənir
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Bütün dünya idmansevərlərinin diqqət mərkəzində olan birinci Avropa Oyunları çərçivəsində bir-birindən maraqlı yarışlar davam etməkdədir. Bu sırada akrobatika gimnastikasının da öz yeri var.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışda komandalar və qarışıq cütlüklərin çoxnövçülük üzrə final görüşləri başlayıb.

İlk olaraq xalçaya Portuqaliya komandası çıxıb.

Bu görüşlərdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı mübarizə aparır.
_____________________

Akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən çoxnövçülük üzrə komanda yarışlarında yarış cədvəlinə 86,480 xalla Belçika komandası başçılıq edir. Rusiya akrobatları 85,430 xalla ikinci, Belarus akrobatları 84.610 xalla üçüncü sıradadır.

Qeyd edək ki, komanda yarışlarında 11, qarışıq cütlüklərin mübarizəsində isə 9 ölkə təmsilçisi qüvvəsini sınayır.

Azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) xalçaya 10-cu çıxacaq. Akrobatlarımız bundan əvvəl keçirilən müvazinət və temp hərəkətləri üzrə yarışlarda ilk altılığa düşə biliblər.

Qarışıq cütlüklərin çoxnövçülük yarışında isə ölkəmizi Ulyana Dyakova və Anatoliy Leonov təmsil edirlər. Bundan əvvəl cütlüyünün müvazinət və temp hərəkətləri üzrə çıxışları ümumilikdə 52.27 xalla qiymətləndirilib.

Bu gün qazanılan xallara görə ilk üçlükdə qərarlaşacaq komandalar mükafatlandırılacaq.
____________

Akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən çoxnövçülük üzrə komanda yarışlarının qalibi 86,480 xal toplayan Belçika komandası olub. Rusiya akrobatları 85,430 xalla ikinci, Belarus akrobatları isə 84.610 xalla üçüncü yerləri bölüşüblər.

Qalib komandalara medalları Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski təqdim edib.
__________________

Akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin çoxnövçülük yarışlarının final çıxışlarına start verilib.

Yarışda 9 ölkə təmsilçisi qüvvəsini sınayır. İlk olaraq xalçaya almaniyalı gimnastlar çıxıblar. Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoliy Leonov isə xalçaya 4-cü çıxacaq.

Bu gün qazanılan xallara görə ilk üçlükdə qərarlaşan cütlüklər mükafatlandırılacaq.