Suya tullanma üzrə yarışlarında finalçılar bəlli oldu - yenilənir

Suya tullanma üzrə yarışlarında finalçılar bəlli oldu -  yenilənir
825 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 19-da Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışların ikinci gününə başlanılıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, yarışın ikinci günündə idmançılar bir metr hündürlüyündə tramplindən və üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə mübarizə aparır.

Qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Olqa Bikovskaya təmsil edəcək.

Hər iki növ üzrə yarışın final mərhələsi bu gün təşkil olunacaq.
_____________

Qadınların bir metr tramplindən suya tullanma yarışının 12 finalçısı bəlli olub.

Bu növ üzrə 20 ölkədən 29 idmançı mübarizə aparıb. Atletimiz Olqa Bikovskaya 265.20 balla 27-ci yerdə qərarlaşıb və finala yüksələ bilməyib.

Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçiləri Ekaterina Nekrasova (407.00) və Mariya Polikova (383.15), Böyük Britaniya təmsilçisi Millie Fovler (393.40) yer alıb.