Oxatanımız məğlub oldu - yenilənir

Oxatanımız məğlub oldu -  yenilənir
1689 dəfə oxunub
  • A-
  • A
  • A+

Tofiq Bəhramov adına Respublika Stadionunda qadın oxatanlar arasında fərdi mübarizəyə start verilib.

Axşam.az-ın məlumatına görə, 1/32 mərhələdən mübarizəyə başlayan qadın oxatanların yarışında Azərbaycanı təmsil edən Olqa Senyuk rumıniyalı Simona Bancila, Yaylagül Ramazanova gürcüstanlı Xatuna Narimanidze, Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşacaq.
______________

Azərbaycanlı oxatan Olqa Senyuk 1/32 mərhələdə rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

İyunun 21-də qadınların fərdi mübarizəsinin 1/16 mərhələsində o, danimarkalı Maya Jagerlə qarşılaşacaq.
____________

Yaylagül Ramazanova (Azərbaycan) – Xatuna Narimanidze (Gürcüstan) qarşılaşmasında 1/16 mərhələyə adlayan gürcüstanlı oxatan olub – 4:6.
__________

Kamandan oxatma üzrə qadınlar arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Nurlanə Vəliyeva rusiyalı Kristina Timofeyeva ilə üz-üzə gəlib. Sərrast atışlardan sonra Nurlanə Vəliyeva 0:6 hesabı ilə rəqibinə məğlub olub.