Azərbaycan növbəti qızıl medalı qazandı - yenilənib

Azərbaycan növbəti qızıl medalı qazandı -  yenilənib
2611 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışları baş tutub.

Axşam.az-ın məlumatına görə, dayanq üzərində qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində taekvondoçular qüvvələrini sınayıblar.

Kişilərin yarışında 80 kiloqramdan yuxarı dərəcəsində dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu, dünya çempionu Radik İsayev dörddəbir final mərhələsində beynəlxalq turnirlərin qalibi olan niderlandlı Yeroen Vanroiy ilə qarşılaşıb. Rəqibini 8:6 hesabı ilə məğlub edən idmançımız yarımfinala yüksəlib. Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarışın yarımfinalında sloveniyalı İvan Konrad Trajkoviç ilə güclərini sınayıb.
 
Azərbaycan taekvondoçusu rəqibinə 17:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. O, rəqibini 4:3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Bu, ölkəmizin 13-cü qızıl medalıdır.

Oyunlarda mübarizə aparan taekvondoçularımızdan Azərbaycan təmsilçisi Marina Tedeyeva (67 kq-dan yuxarı) ukraynalı Marina Konieva ilə görüşüb və rəqibinə 4:10 hesabı ilə məğlub olub.