Milli gimnastika yarışlarının qalibi bəlli oldu - yenilənir

Milli gimnastika yarışlarının qalibi bəlli oldu -  yenilənir
1390 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları başlayıb. Fərdi yarışlarda həlqə, top, gürz və lent ilə hərəkətlər təqdim olunur.

Axşam.az-ın məlumatına görə, xalçaya ilk olaraq Viktoriya Veynberq Filanovski (İsrail) topla çıxdı. Sonra Kseniya Moustafayeva (Fransa) gürzlə, Mariya Mateva (Bolqarıstan) lentlə, Marqarita Mamun (Rusiya) halqa ilə fərdi çıxışlar etdilər.
_________

Azərbaycan təmsilçiləri Ayşən Bayramva və Marina Durunda B qrupunda çıxış edəcəklər. Bu qrupda gimnastların çıxış ardıcıllığı belədir: Ayşən Bayramova (Azərbaycan), Katsiaryna Halkina (Belarus), Neviana Vladinova (Bolqarıstan), Yana Kudryavtseva (Rusiya Federasiyası), Melitina Staniouta (Belarus), Marina Durunda (Azərbaycan), Nikol Ruprext (Avstriya) Karolina Rodriges (İspaniya), Salome Pazhava (Gürcüstan), Ana Luiza Filiorianu (Rumıniya).
_________________

Bədii gimnastika üzrə çoxnövçülükdə fərdi yarışlar davam edir.

Azərbaycan təmsilçiləri Ayşən Bayramova və Marina Durunda B qrupunda çıxış edəcəklər. Bu qrupda gimnastların çıxış ardıcıllığı belədir: Ayşən Bayramova (Azərbaycan), Katsiaryna Halkina (Belarus), Neviana Vladinova (Bolqarıstan), Yana Kudryavtseva (Rusiya Federasiyası), Melitina Staniouta (Belarus), Marina Durunda (Azərbaycan), Nikol Ruprext (Avstriya) Karolina Rodriges (İspaniya), Salome Pazhava (Gürcüstan), Ana Luiza Filiorianu (Rumıniya).
___________

Bədii gimnastika üzrə çoxnövçülükdə B qrupunda yarışlar başlandı.

İlk olaraq xalça üzərinə çıxan Azərbaycan gimnastı Ayşən Bayramova halqa ilə hərəkətləri təqdim edərək 17.000 xal topladı.
___________________

B qrupunda çıxış edən Azərbaycan təmsilçisi Marina Durunda xalça üzərində gürzlə hərəkətlər təqdim etdi. Onun çıxışı 16.050 xalla qiymətləndiriıdi.
________

Bədii gimnastika üzrə çoxnövçülük yarışları başa çatıb. Gözlənildiyi kimi, yarışların qalibi Rusiya gimnastı Yana Kudryavtseva (76.100) olub. İkinci yeri də onun həmyerlisi Marqarita Mamun (75.650) tutub. Belarus idmançısı Melitina Staniouta (73.100) gümüş medal əldə edib.

Təmsilçilərimiz Marina Durunda 69,850, Ayşən Bayramova 66,400 xal toplayıblar.