Daha üç boksçumuz 1/4 finalda - yenilənir

Daha üç boksçumuz 1/4 finalda -  yenilənir
2745 dəfə oxunub
  • A-
  • A
  • A+

Boks yarışlarının dördüncü günündə “Baku Crystal Hall”da “Bakı-2015” ilk Avropa Oyunlarında idmançıların mübarizəsinə start verilib.

Axşam.az-ın məlumatna görə, boks yarışlarının beşinci günündə Azərbaycanın daha bir boksçusu rinqə çıxacaq.

Bu dəfə 81 kiloqram çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə səkkizdəbir mərhələdə Polşa idmançısı Jordan Kulinski ilə görüşdə 3:0 qalib gələrək növbəti dörddəbir finala keçib. T.Məmmədov birinci Avropa Oyunlarında çıxışına onaltıdabir final mərhələsindən başlayıb.

Əsas medal ümidlərimizdən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da səkkizdəbir finalda mübarizəyə qoşulub. Komandamızın kapitanı ukraynalı Vladislav Sirenkonu məğlub edən gürcüstanlı Mixail Baxtidze ilə qarşılaşıb. O, oyunu 3:0 hesabı ilə qalib gələrək dörddəbir finala çıxıb.

Digər boksçumuz Tayfur Əliyev də (56 kq) yarışa səkkizdəbir final mərhələsində ispaniyalı Dieqo Ferrer Pereyranı məğlub edən Nikolae Andreiana (Rumıniya) ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb.

____________

Günün birinci yarısında “Baku Cristall Hall”da rinqə Azərbaycan boksçularından 51 kiloqram çəki dərəcəsində Anaxanım Ağayeva çıxıb. Lakin o, birinci Avropa Oyunlarında ilk görüşündə Avropa çempionatının gümüş mükafatçısı polşalı Sandra Drabikə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Daha bir xanım təmsilçimiz Leyla Cavadova 75 kiloqram çəki dərəcəsində rusiyalı boksçu Yaroslava Yakuşina ilə qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

____________

“Bakı-2015” ilk Avropa Oyunlarında çıxış edən boksçularımızdan daha birinin rəqibi məlum olub.

Yarışda 46-49 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Salman Əlizadənin rəqibi səkkizdəbir finalda bolqarıstanlı Tinko Banakanovu məğlubiyyətə uğradan İrlandiya boksçusu Brendan İrvin olacaq.

Görüş iyunun 22-də baş tutacaq.

Salman Əlizadə yarışa birbaşa olaraq dörddəbir finaldan qoşulacaq.