Tanınmış top model Naomi Kempbellin sirri üzə çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, modelin mükafatlandırma mərasimlərindən birinə geyindiyi libasın 17 il əvvəl podiuma çıxarkən geyindiyi libasla eyni olduğu aşkarlanıb. “Qara pantera” qırmızı xalıda “Versace”dən olan boz rəngli donu ilə uzun-uzadı poz vermişdi.
Daha sonra məlum olub ki, bu libas Naominin 1998-ci ildə Parisdə moda nümayişində geyindiyi paltarın eynisidir. N.Kempbellin hətta arxiv fotoları da yayılıb.