Atıcılarımız mübarizəyə başlayıb - yenilənir

Atıcılarımız mübarizəyə başlayıb -  yenilənir
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının beşinci gününün yarışlarına start verilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, bu gün kişilər və qadınlar arasında dairəvi stend, qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçmanın sürətli atəş hissəsi və kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışları keçiriləcək.

Qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova təmsil edir.

Qadınlar arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Nurlana Cəfərova mübarizə aparacaq.

Kişilər arasında dairəvi stend yarışında Azərbaycanı Paşa Ahadpur Xangah və Emin Cəfərov, kişilər arasında 50 metrdən tapança ilə atəş yarışında isə Rəsul Məmmədov təmsil edəcək.
_____________

Kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb. Bu mərhələdə 31 idmançı mübarizə aparır. Yarışda ölkəmizi Rəsul Məmmədov təmsil edir.

Kişilər arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Paşa Ahadpur Xangah və Emin Cəfərov mübarizə aparır.

Artıq qadınlar arasında dairəvi stend yarışının təsnifat mərhələsi də start götürüb. Burada Azərbaycan idmançısı Nurlana Cəfərova medal uğrunda mübarizə aparır.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının sürətli atəş hissəsində ölkəmizi İradə Aşumova təmsil edir.
______________

Kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışının finalçıları məlum olub.

Bu yarışın təsnifat mərhələsindən finala ukraynalı Oleq Omelçuk, Türkiyədən Yusuf Dikecek, Abdullah Omer Alimoğlu, Slovakiyadan Juraj Tuzunski, Pavol Kopp, Serbiyadan Mikeç Damir, İslandiyadan Asgeir Siqurqeirsson və Almaniyadan Florian Şmidt vəsiqə qazanıblar.

Yarışda ölkəmizi təmsil edən Rəsul Məmmədov təsnifat mərhələsində çıxışını dayandırmalı olub.