Viktoriya Bekhem qızının bu libaslarını satır - fotolar
Geyim dükanları
12:20 / 20.06.15
3113dəfə oxunub
A-
A
A+
Britaniyalı dizayner Viktoriya Bekhemin xeyriyyə məqsədilə qızı Harper Sevenin libaslarını satışa çıxaracağı ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, dizayner artıq qızının paltarlarından 25 ədədini satışa qoyub. Layihənin təşkilatçıları Harperin libaslarının satışı üçün xüsusi butik də açıblar. Sosial şəbəkələrdə 4 yaşlı qızcığazın geyimlərindən bəzilərinin fotoları paylaşılıb.
Qeyd edək ki, Harperin libaslarının əksəriyyəti “Chloe”, “Ralph Lauren”, “Stella McCartney”, “Gucci”, “Marc Jacobs” kimi brendlərdəndir.