Azərbaycanlı voleybolçular bu gün yarışacaq - yenilənir

Azərbaycanlı voleybolçular bu gün yarışacaq -  yenilənir
1252 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Crystall Hall”da kişi voleybolçular arasında oyunlar davam edir.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, iyunun 20-də “A” qrupunda Türkiyə millisi ilə qarşılaşan Fransa yığması 3:0 (25:23; 25:19; 25:16) qalib gəlib.

Gün ərzində daha beş oyun keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan millisi saat 20.00-da Polşa yığması ilə üz-üzə gələcək. Həmçinin bu qrupda Serbiya və Finlandiya yığmaları da qarşılaşacaq.

Hazırda Slovakiya və Belçika komandaları qarşılaşır. “B” qrupunda Rusiya-Bolqarıstan və Almaniya-İtaliya görüşləri də keçiriləcək.
____________________

Serbiya və Finlandiya komandalarının görüşü başa çatıb. Serbiyalılar rəqibə çətinlik çəkmədən qalib gəliblər – 3:0 (25:16, 28:26, 25:20).

Bir qədər sonra meydançaya Bolqarıstan və Rusiya voleybolçuları çıxacaqlar.

Bu gün, həmçinin Azərbaycan-Polşa qarşılaşması da keçiriləcək.