Azərbaycanlı oxatan növbəti mərhələyə keçə bilmədi - yenilənir

Azərbaycanlı oxatan növbəti mərhələyə keçə bilmədi -  yenilənir
596 dəfə oxunub
  • A-
  • A
  • A+

Tofiq Bəhramov adına Respublika Stadionunda kişi oxatanlar arasında fərdi mübarizəyə start verilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, 1/32 mərhələdən mübarizəyə başlayan kişi oxatanların yarışında Azərbaycanı təmsil edən Aleksey Kopnin rusiyalı Bair Tsybekdorjiyev, Taras Senyuk lüksemburqlu Ceff Henkels, Roman Vengerov isə fransalı Lukas Daniel ilə qarşılaşacaq.
_____________

Azərbaycanlı oxatan Aleksey Kopnin 1/32 mərhələdə rusiyalı Bair Tsybekdorjiyevə 2:6 hesabı ilə uduzaraq mübarizəni yarıda dayandırıb.
___________

Taras Senyuk (Azərbaycan) – Ceff Henkels (Lüksemburq) qarşılaşmasında 1/16 mərhələyə adlayanlüksemburqlu oxatan olub – 4:6.