Şose velosipedinin qalibi ispaniyalı idmançı olub - fotolar

Şose velosipedinin qalibi ispaniyalı idmançı olub -  fotolar
802 dəfə oxunub
  • A-
  • A
  • A+

I Avropa Oyunları çərçivəsində kişilər arasında şose velosipedi üzrə idman yarışları start götürüb. 

Axşam.az-ın məlumatına əsasən, Azərbaycanı yarışlarda Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov təmsil edəcək.

Ümumilikdə isə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.
_____________

Yaırşların qalibi ispaniyalı velosipedçi Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 27 dəqiqə 25 saniyəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.

Elçin Əsədov finişə 55-ci çatıb. Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.