Bu gün bütün boksçularımız qalib gəldi - fotolar (yenilənib)

Bu gün bütün boksçularımız qalib gəldi - fotolar (yenilənib)
2350 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında boksçuların yarışında 5 idmançımız rinqə çıxıb. Onlardan 4 nəfəri Avropa Oyunlarında ilk döyüşünə çıxıb.

Axşam.az-ın məlumatına görə, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxacaq boksçumuz Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb. İdmançımız 3:0 hesabı ilə qələbə qazanaraq dörddəbir finala keçib.

Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov Moldova boksçusu Vasili Belousu 3:0 məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Ağır çəkili (91 kq) boksçumuz Aldulkadir Abdullayev 1/4 final mərhələsinə vəsiqə əldə etmək üçün Macarıstan təmsilçisi Adam Hamori ilə mübarizə aparıb. O, rəqibini 3:0 məğlub edib. Püşkə əsasən A.Abdullayev də 1/16 final mərhələsində döyüşlərdən azad idi.

Təmsilçimiz Kollazo Sotomayor növbəti döyüşünə çıxıb. Birinci yarım-orta çəkidə (64 kq) çıxış edən Sotomayor 1/8 finaldakı rəqibi moldovalı Dmitri Qalaqotu 3:0 məğlub edib.

Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalov fransalı Kristian Mbilli Assomo-Halye ilə qarşılaşmadan qələbə (3:0) ilə ayrılaraq dörddəbir finalda iştirak etmək hüququ qazanıb.

Beləliklə, boks üzrə kişilərdən ibarət Azərbaycan yığması dörddəbir finalda tam heyətlə - 10 idmançı ilə təmsil olunacaq.