İdmançımız gümüş medal qazanıb - fotolar

İdmançımız gümüş medal qazanıb -  fotolar
758 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Gimnastika Arenasında bədii gimnastika yarışlarının final mərhələsi keçirilib.

Axşam.az-ın məlumatına görə, yarışlarda 6 dəst medal uğrunda mübarizə aparılıb. Final mərhələsi halqa, top, gürz və lent olmaqla 4 fərdi çıxış, lentlər, habelə gürzlər və halqalar olmaqla 2 qrup çıxışından ibarət olub.

Lentlə fərdi çıxışlarda Azərbaycanı təmsil edən Marina Durunda gümüş medal qazanıb. Yarışın qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. Bürünc medalı isə Salome Pazhava (Gürcüstan) qazanıb.

Halqa ilə fərdi çıxışlarda birinci yeri Marqarita Mamun (Rusiya), ikinci yeri Melitina Stanyuta (Belarus), üçüncü yeri isə Neta Rivkin (İsrail) tutub. Azərbaycan təmsilçisi Marina Durunda halqa ilə fərdi çıxışı 5-ci yer tutmaqla başa vurub.

Top ilə fərdi çıxışlarda Yana Kudryavtseva birinci yerə çıxıb. İkinci yeri Anna Rizatdinova (Ukrayna), üçüncü yeri isə Melitina Stanyuta tutub. Həmin gimnastlar gürzlərlə fərdi çıxışlarda da eyni yerləri tutublar.

Top ilə fərdi çıxış edən Azərbaycan gimnastı Marina Durunda 6-cı yerlə kifayətlənib.