İdmançılarımız atletika yarışlarında uğurla çıxış ediblər - fotolar

İdmançılarımız atletika yarışlarında uğurla çıxış ediblər -  fotolar
1000 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarının birinci günü başa çatıb.

Axşam.az-ın məlumatına görə, gün ərzində kişilər arasında çəkic atma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma yarışları, həmçinin 100, 400, 1500, 5000 metr məsafəyə, 4x100 metr məsafəyə estafet və 400 metr məsafəyə sədlərlə qaçış yarışları keçirilib.

Bundan başqa, qadınlar arasında şüvüllə tullanma, üçtəkanla tullanma, disk atma, nizə atma, həmçinin 100, 400, 800, 3000 metr məsafəyə, 4x100 metr məsafəyə estafet, 400 metr məsafəyə sədlərlə, 3000 metr məsafəyə maneələrlə qaçış yarışları baş tutub.

Kişilər arasında 1500 metr məsafəyə qaçış yarışında Azərbaycanı təmsil edən Hayle İbrahimov finiş xəttinə birinci çatıb.

Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında isə Azərbaycan atleti Çaltu Beji finiş xəttini birinci keçib.

Hayle İbrahimov kişilər arasında 5000 metr məsafəyə qaçış yarışında da birinci olub.

Qadınlar arasında 800 və 3000 metr məsafəyə qaçış yarışlarında ölkəmizi təmsil edən Anastasiya Komarova və Bontu Megersa finiş xəttini üçüncü keçiblər.

Yarışın birinci gününün son nəticələrinə görə, Azərbaycan komandası 215 xalla 5-ci yerdə qərarlaşıb. Birinci yerdə isə 250 xalla Avstriya komandasıdır.

Kişilər və qadınlar arasında 40 növ üzrə keçirilən atletika yarışları iyunun 22-də başa çatacaq.