Ərdoğanla Ancelina Coli görüşdü - fotolar

Ərdoğanla Ancelina Coli görüşdü - fotolar
2260 dəfə oxunub
  • A-
  • A
  • A+
Suriya və İraq qaçqınları ilə görüşmək üçün Türkiyənin Mardin şəhərində səfərdə olan Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident görüşə həyat yoldaşı Əminə Ərdoğan, prezident köməkçisi Numan Kurtulmuş, Əzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Ekerlə qatılıb. Ərdoğanı heyəti ilə birlikdə Mardin valisi Ömər Faruk Koçak, Mardin bələdiyyə sədri Ahmet Türk qarşılayıblar.

Ancelina Coli və BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreşlə oteldə görüşən prezident Türkiyənin qaçqınların ən çox sığınacaq tapdığı ölkə olduğunu deyib.

Media nümayəndələrinə qapalı keçirilən iclasdan sonra heyət qaçqınlar düşərgəsinə baş çəkib.