Badminton yarışlarının birinci günü başa çatıb - yenilənib

Badminton yarışlarının birinci günü başa çatıb -  yenilənib
688 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 22-də Bakı İdman Sarayında badminton yarışlarına start verilib. Yarışlar qadınlar və kişilər arasında fərdi və cütlüklər üzrə keçirilib.

Axşam.az-ın məlumatına görə, badmintonçumuz Kənan Rzayev birinci görüşdə Mişa Zibelmana məğlub olub (0:2). Badmintonçumuz bu nəticə ilə çıxış etdiyi “B” qrupunda sonuncu - dördüncü yerdə qərarlaşıb. O, növbəti görüşü iyunun 23-də maltalı Samuel Kaliyə qarşı keçirəcək.

Kişilər arasında cütlüklərin yarışında da "B" qrupunda mübarizə aparan Kənan Rzayev-Orxan Qələntərov türkiyəli Emre Vural-Sinan Zorlu dueti ilə qarşılaşmada rəqibə ciddi müqavimət göstərə bilməyib - 0:2. İdmançılarımız qrupda fransa təmsilçiləri ilə üçüncü-dördüncü yerləri bölüşdürürlər.

Badminton üzrə mübarizənin birinci günündə qadınlar arasında fərdi, cütlük və qarışıq komanda yarışları da keçirilib. Qadınların mübarizəsində Azərbaycan təmsil olunmayıb.