Müğənni Sinan Özen İzmirdə otellərdən birinin açılışında səhnəyə çıxmazdan əvvəl yaralanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platformada ayağı xalçaya ilişən ifaçı yıxılıb. Ayağından yüngül yaralanan Sinana ilk müdaxiləni tamaşaçılar arasında olan tanınmış estetik cərrah Ömər Özkan edib.
Daha sonra səhnəyə çıxan S.Özen təzyiqi düşdüyündən otağına aparılıb. Sinanın ardınca konsertə davam edən Demet Akalın meneceri və həyat yoldaşından həmkarı ilə maraqlanmasını istəyərək “Mənə dəyəcək nəzər Sinandan çıxdı” deyib