Dörd boksçumuz qızıl medala doğru - yenilənib

Dörd boksçumuz qızıl medala doğru -  yenilənib
1537 dəfə oxunub
  • A-
  • A
  • A+

"Baku Crystal Hall"da birinci Avropa Oyunlarının boks yarışlarının dörddəbir final mərhələsinin görüşləri baş tutb.

Axşam.az-ın məlumatına görə, bu gün 4 idmançımız yarımfinala vəsiqə qazanaraq ən azından bürünc medalı təmin ediblər.

Kişilər arasında yarım-ağır çəkidə (81 kq) mübarizə aparan Teymur Məmmədov 1/4 finalda niderlandlı Peter Mullenberqlə qarşılaşıb.

Boksçumuz layiqli qələbə qazanaraq adını yarımfinala yazdırıb - 3:0.
_____________________

Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə (52 kq) bolqarıstanlı Daniel Asenov ilə münasibətlərinə aydınlıq gətirib. O, rəqibini 2:1 məğlub edərək yarımfinala vəsiqə qazanıb.
_____________________

Yarışa birbaşa olaraq dörddəbir finaldan qoşulan dünya və Avropa çempionu Salman Əlizadə (49 kq) irlandiyalı Brendan İrvin ilə mübarizədən 1:2 hesabı ilə məğlub ayrılaraq “Bakı-2015”-də çıxışını dayandırıb.
_______________

Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev Danimarka idmançısı Frederik Yensen ilə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılaraq adını boks yarışlarının yarımfinalına yazdıran ilk idmançımız olub.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər arenada boksçumuzun qələbəsini izləyiblər.

Tayfur Əliyevin rəqibi İtaliya idmançısı Rikardo Dandreanı məğlub edən Rusiya boksçusu Baxtovar Nazirov olacaq.
_________

Azərbaycana növbəti qızıl medalı qazandırmağa namizədlərdən biri olan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun isə yarımfinal yolundakı rəqibi türkiyəli Əli Demirezen olub. O, rəqibini 4:0 hesabı ilə məğlub edərək yarımfinala çıxan dördüncü boksçumuz olub.